Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək

24 Yanvar 2021 11:03    314 Baxış   
Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək

Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

Qeyd edək ki, dünən "M/V Mozart" adlı türk gəmisi Nigeriyada dəniz quldurları tərəfindən girov götürülüb.
Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə yola düşən gəmidə 19 heyət üzvü olub.
Türkiyənin "Boden" adlı şirkətinə məxsus gəminin heyətindən 15 nəfər girov götürülüb. Gəminin 4-cü kapitanı Furkan Yaren radardan başqa bütün kabellərin söküldüyünü və dəniz quldurlarının verdiyi marşrut üzrə hərəkət etdiklərini bildirib.
Gəminin ikinci mühəndisi azərbaycanlı Fərman İsmayılovun isə öldürüldüyü qeyd edilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar