DİN Sumqayıtda baş verən yanqın barədə məlumat yayıb

29 Aprelel 2022 00:36    1347 Baxış   
DİN Sumqayıtda baş verən yanqın barədə məlumat yayıb

Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olublar. Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşıyıb, işçilərin təxliyəsini təmin ediblər.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar