Dünən gecədən döyüşlər ara verməyib, düşmənin ciddi təminat sıxıntısı var

29 Oktyabr 2020 16:10    566 Baxış   
Dünən gecədən döyüşlər ara verməyib, düşmənin ciddi təminat sıxıntısı var

"Dünən gecədən indiyə kimi döyüşlər ara verməyib".

Dominant.az xəbər verir ki, bunu cəbhədə olan jurnalist Səxavət Məmməd bildirib.

S.Məmmədin bildirdiyinə görə, səhər saat 05 radələrindən başlayaraq artilleriya döyüşləri daha da şiddətlənib: "Şimal istiqamətində ciddi hərəkətlilik var. Erməni tərəfi yenidən yaşayış məntəqələrini raketdən vurmağa çalışdı".

"Dünən Bərdədə baş verən hadisədən sonra Azərbaycan ordusu tərəfindən cəbhənin bütün istiqamətlərində qarşı tərəfin mövqelərinə zərbələr endirilib. Yayımlanan videolardan da görmək olar ki, harda və nə işlər görülür. Məsələ ondadır ki, görünən yayımlanan videolardır. Video ilə işləməyən qoşun növlərinin də gördükləri böyük işlər var".

Jurnalist vurğulayıb ki, erməni ordusunun ciddi təminat sıxıntısı var: "Təminatın tam kəsilməsinə də bir şey qalmayıb".


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar