Dünənki aksiyada “Qarabağ” - deyə qışqıran polkovnik, nazir oğlu - VİDEO - FOTO

15 İyul 2020 18:16    6210 Baxış   
Dünənki aksiyada “Qarabağ” - deyə qışqıran polkovnik, nazir oğlu -   VİDEO - FOTO
Dünən axşam Bakıda keçirilən orduya dəstək aksiyasında Azərbaycanın Müdafiə Sənayesi naziri olmuş Yavər Camalovun oğlu, Bakının Nizami rayon Mühafizə Polisi İdarəsinin rəisi, polkovnik Elşən Camalov da iştirak edirmiş.

Dominant.az xəbər verir ki, sosial şəbəkələrdə E.Camalovun aksiyada iştirak etdiyinə dair videolar paylaşılıb.

Videodan aydın görünür ki, əlində Azərbaycan bayrağı tutmuş E.Camalov “Qarabağ” şüarı səsləndirərək aksiya iştirakçılarına dəstək verir. E.Camalovun yanında mühafizəçilərin olması da gözdən yayınmır.






Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar