İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.
Dominant.az Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb.
- 130-dək tank və digər zirehli texnikası,
- 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan,
- 25-dək hava hücumundan müdafiə vasitələri,
- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri,
- 5 silah-sursat anbarı,
- 50-dək tankəleyhinə vasitələr,
- 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Dünən gedən döyüşlər ərzində Xocalı rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.
İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.
Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.