Əfqanıstanda həbsxana partladılıb, ölənlər var

02 Avqust 2020 22:17    320 Baxış   
Əfqanıstanda həbsxana partladılıb, ölənlər var
Əfqanıstanın Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində yerləşən həbsxananın yanında baş verən partlayış zamanı azı iki nəfər ölüb, 24 nəfər yaralanıb.

Dominant.az xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, partlayış zamanı 50-dən çox məhbus həbsxanadan qaçıb. Məhbusların bəziləri saxlanılıb.

“Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. (Report)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar