Dünyanın tanınmış təşkilat və şəxslərindən İrandakı siyasi vəziyyətə REAKSİYALAR

08 Fevral 2023 20:40    13754 Baxış   
Dünyanın tanınmış təşkilat və şəxslərindən İrandakı siyasi vəziyyətə REAKSİYALAR

İranda baş verən aksiyalara dünyanın bir çox təşkilat və ictimai şəxsləri tərəfindən müxtəlif reaksiyalar verilməkdə davam edir.

“Freedom House” təşkilatı: “İran xalqı diktatura və teokratiya deyil, azadlıq və demokratiya istəyir! "Vital Voices" təşkilatı, "Tony Blair" İnstitutu, həmçinin Leopoldo López, Damon Uilson və digər 40 mindən çox insana qoşulun və iranlı etirazçılara tam dəstəyinizi ifadə edin”;

Jurnalistləri Müdafiə Komitəsi: “İran hakimiyyəti jurnalist Elnaz Məhəmmədiyə qarşı bütün ittihamları ləğv etməli və onu dərhal və qeyd-şərtsiz azad etməlidir”;

“Amnesty İnternational” təşkilatı: “İranda bir çox insan azadlıq, demokratiya və insan haqları istəməyin bədəlini ağır şəkildə ödəyib”;

“Amnesty İnternational” təşkilatının İran bölməsi: “İranda ümummilli etirazlarla bağlı ədalətsiz məhkəmə qərarlarının verilməsi nəticəsində azı 14 nəfər ciddi şəkildə edam edilmək təhlükəsi ilə üzləşib. Xamenei bütün hallarda ölüm hökmündən istifadəni dayandırmalı və həbs edilənlərin məhkumluğunu və onlar haqqında edam hökmlərini ləğv etməlidir!”;

Kanada senatoru Ratna Omidvar: “İran xalqının bu zülm qarşısındakı şücaəti və müqaviməti ilhamvericidir. "Freedom House" təşkilatı tərəfindən hazırlanan və 450-dən çox keçmiş dünya liderinin, fəalın, müəllif və sənətçinin imzaladığı "İran Həmrəyliyi" adlı petisiyanı mən də imzaladım”;

Amerikalı biznesmen Nik Nikbaxt: “Konqresmen Bred Şerman "MAHSA Act" kimi tanınan Nümayəndələr Palatasının 589 saylı qanun layihəsinin dəstəkçilərindən biri olaraq imza atdı! Bütün amerikalılara, xüsusən də iran əsilli amerikalı seçicilərə tarixin doğru tərəfində yer aldıqlarına görə təşəkkür edirik”;

ABŞ-nin Corctaun Universitetinin Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutu: “Bu cümə günü İran demokratiya hərəkatının diaspor liderləri İranın gələcəyini müzakirə edəcəklər. İştirak edirlər: Alinecad Masih, Nazənin Boniadi, Şirin Ebadi, Hamed Esmaeilion, Qolşifte Farahani, Əli Kərimi, Abdullah Mohtadi, Pəhləvi Reza və Kərim Sacadpur. Siz də qoşulun”;

İran əsilli britaniyalı aktrisa Nazənin Boniadi: “Zəhmət olmasa, rejimin təzyiqi altında olan dissidentlər tərəfindən yayılan və hətta birbaşa rejim tərəfindən idarə oluna biləcəyinə inandığınız mesajları paylaşmayın. İslam Respublikası və digər avtoritar sistemlər bu cür vasitələrlə ayaqda dura bilirlər”;

ABŞ-də fəaliyyət göstərən iranlı jurnalist Omid Memarian: “İnanılmazdır. “Nəhayət, Armita həbsxanadan çıxdı. Çox çətin zamanlardan keçdik, amma indi hədsiz dərəcədə xoşbəxtik”, - deyə Armita Abbasinin atası yazıb. İranda və dünyada milyonlarla insan onun şücaətindən və ədalətin bərqərar olacağını gözləməsindən təsirlənmişdi”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski:

“Zəlzələ ilə əlaqədar beynəlxalq ictimaiyyət İran rejiminin, xüsusən də "Qeshm Fars Air" hava yolları vasitəsilə Tehrandan və İranın Qızıl Aypara Cəmiyyətindən gələn yardım uçuşlarından əməliyyatçılar və silahlar göndərmək üçün istifadə etməsi barədə ehtiyatlı olmalıdır. O bunu əvvəllər də edib. Məsələn, 1990-cı illərdə Bosniyada”;

“İranda diplomatik mövcudluğu olan Qərb ölkələri İslam Respublikasının ildönümü mərasimini boykot etməli və rejimin tərəfdarı olmaq əvəzinə İran xalqının yanında olmalıdırlar”;

“Həmçinin "Sukhoi Su-24" taktiki bombardmançı təyyarələrində quraşdırılan uzaqmənzilli raket də meydana çıxıb: “Asef” havadan buraxılan qanadlı raket. Ola bilsin ki, gələcəkdə "Sukhoi Su-35" təyyarələrinin Rusiyadan İrana doğru istiqamətlənəcəyinin siqnalıdır”.



Musavat.com


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar