Aİ Nigerə hərbi missiya göndərəcək

20 Noyabr 2022 02:38    20572 Baxış   
Aİ Nigerə hərbi missiya göndərəcək

Avropa İttifaqı Sahel bölgəsində münaqişənin həlli üçün Nigerdə ​​sülhməramlı missiyanın yerləşdirilməsi imkanını nəzərdən keçirir.

Məlumata görə, qərar dekabrın ortalarında verilə bilər.

Gələn il missiyanın bölgəyə göndəriləcəyi gözlənilir. Onun mandatının ilkin olaraq üç il müddətində nəzərdə tutulduğu bildirilir.

Missiyanın məqsədi Niger silahlı qüvvələrinə təlim keçmək, hərbi qurumları dəstəkləmək və silahlarla təmin etmək olacaq.

Missiya üçün vəsaitin Avropa Sülh Fondundan ayrılacağı qeyd olunur.

Mənbə: TASS


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar