Əli Həsənovun ailəsinə məxsus şirkətlərin vergi borcu - SİYAHI

17 İyun 2020 17:15    657 Baxış   
Əli Həsənovun ailəsinə məxsus şirkətlərin vergi borcu -  SİYAHI
Prezident Administrasiyasının ləğv olunmiş ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus şirkətlərin bir qisminin vergi borcu (ümumilikdə 208 min manat) var.

Dominant.az xəbər verir ki, “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat yayıb.

“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC istisna olmaqla qalan şirkətlər Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Onlara əsasən, Ə.Həsənovun həyat yoldaşı Sova Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

Şirkətlərin vergi borcları aşağıdakı kimidir:

1.“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC - 182 055,86

2.“Araz Teleradio” MMC - 17 459,54

3.“Kaspi Global” MMC - 8 562,63

4.“Beynəlxalq Mətbuat Mərkəzi” MMC - 1 337,40

5.“Golden Prince” MMC - 18,69

6.“Kaspi Education” MMC - 0,00

7.“Kaspi Co” MTK - 0,00

8.“Kaspi Mətbuat Yayımı” MMC - 0,00

9.“Kaspi” qəzeti redaksiyası - 0,00

10.“Kaspi-AZ” MMC - 0,00

11.“Kaspi-EC” MMC - 0,00

12.“Mətbuat Evi” MMC - 0,00

Cəmi: 208 096,72


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar