Ərdoğandan Ermənistana xəbərdarlıq

13 Yanvar 2022 17:29    310 Baxış   
Ərdoğandan Ermənistana xəbərdarlıq

"Ermənistan bölgədəki sülh fürsətini yaxşı dəyərləndirməlidir".

Dominant.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə iclasda deyib.

"Azərbaycan ərazilərini işğaldan azad etməklə Qafqazda yeni dönəmə girdik. Ermənistanla münasibətləri normallaşdırma prosesini başlatmışıq. Ermənistanın bölgədəki sülh fürsətini yaxşı dəyərləndirib Azərbaycanla müsbət münasibət qurması xüsusi əhəmiyyət kəsb edir", - Türkiyə prezidenti bildirib.

R.T.Ərdoğan Avropa İttifaqının Kipr türklərinin hüquqlarını müdafiə etməməsindən də danışıb: “Yunanlar özlərini adanın yeganə sahibi görən, Kipr türklərini yox sayan zehniyyətdən xilas ola bilməyib. Təəssüf ki, Avropa İttifaqı kor-koranə şəkildə yunan tərəfinin sözçülüyünü etdiyi halda eyni coğrafiyanın ayrılmaz parçası olan Kipr türklərinin haqq və hüquqlarını görməzdən gəldi.
Kipr məsələsinin adadakı reallıqlar əsasında bütün tərəflərin xeyrinə olacaq şəkildə həlli üçün Şimali Kipr Türk Respublikası ilə birgə çalışmağa davam edirik. Kipr türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınması həllin qabağını açacaq”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar