Erməni informasiya təxribatına Dərgahlının rüsvayçı cavabı

13 Yanvar 2021 19:41    574 Baxış   
Erməni informasiya təxribatına Dərgahlının rüsvayçı cavabı

Erməni mediası “artsax müdafiə nazirliyinə” istinadla Azərbaycan Ordusunun Qarabağda “atəşkəsi kobudcasına pozması”, nəticədə isə bir “erməni əsgərin” yaralanması barədə məlumat yayıb.

Azərbaycan MN-nin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı isə təkzib edib, deyib ki, Qarabağda Azərbaycan Ordusu atəşkəsi pozmayıb və 10 noyabr Bəyanatına sadiqdir.

Bu, ilk baxışda olduqca adi görünən, düşməninin saysız-hesabsız təxribat xarakterli dezinformasiyasına verilən şablon cavabdır. Amma əslində, bu, olduqca rüsvayçı təkzibdir.

10 noyabr Bəyanatına görə, erməni ordusu Qarabağdan qeyd-şərtsiz rədd olmalıdır. Təsadüfü deyil ki, 11 dekabrda Azərbaycan DTX-nın ələ keçirdiyi silahlı erməniləri Azərbaycan Prezidenti İlham Əliyev əsgər saymır, terrorçu hesab edir və onların Azərbaycan qanunları ilə mühakimə olunacağını açıq şəkildə elan edir.

İlham Əliyev elan edib: təmas xətti yoxdur, status-kvo yoxdur!
Belə olduqda siz hansı atəşkəsdən və ya onun pozulub-pozulmamasından danışa bilərsən? Sən necə deyə bilərsən ki, atəşkəs var?

Atəşkəsi pozmuşuqsa, demək, rus sülhməramlılarına atəş açmışıq. 10 noyabr Bəyanatına əsasən, erməni ordusu çıxmalı, onun yerində isə rus sülhməramlıları yerləşməlidir.

Rus sülhməramlıları Azərbaycan Ordusu ilə üzbəüz postlar quraraq, Xankəndiyə daşıdığı erməni əhalisini qoruyursa, bu, “artsax ordusunu qoruduğu” anlamına gəlməməli və Azərbaycan MN-nin mətbuat xidməti bu qədər savadsız cavab verməməlidir!

Qarabağda “erməni əsgər” ola bilməz, o, Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə nə gəzir ki, yaralana da. Əgər Azərbaycan Ordusu ilə üzbəüz erməni silahlısı varsa, demək terrorçudur və Azərbaycan Ordusu bu terrorçunu mütləq zərərsizləşdirməlidir.

Hansı atəşkəsin pozulmasından, hansı “erməni əsgərin” yaralanmasından və ya gəbərməsindən söhbət gedə bilər?

Təxribat budur, informasiya müharibəsi də budur: ermənilər ciddi şəkildə informasiya savaşı aparır və çox ideal formada da udurlar. Çünki MN-imiz informasiyadan məsulları bu tora çox qəşəngcəsinə düşürlər.

Erməni məkri döyüşmək deyil ki, silahınızı çəkəsiniz! Erməni informasiya manipulyasiyaları ilə savaşmaq üçün polkovniklərə, generallara ehtiyac yoxdur – onların işi ayrıdır və şükür ki, onlar ləyaqətlə, qısa müddətdə öz işlərinin öhdəsindən gəldilər.

Bəs siz?! Belə naşı açaqlamalar verməklə informasiya müharibəsimi aparmaq olar?

Anar
BakuPost


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar