Ermənilər Qarabağda məhv edilmiş məşhur terrorçuya abidə qoydular

26 Noyabr 2021 09:59    617 Baxış   
Ermənilər Qarabağda məhv edilmiş məşhur terrorçuya abidə qoydular

Ermənilərin Vardenis adlandırdığı Basarkeçər rayonunun mərkəzində məşhur terrorçu Monte Melkonyanın büstü qoyulub.

Dominant.az xəbər verir ki, ermənilər büstü Qarabağda məhv edilmiş Melkonyanın doğum günündə - dünən açıblar.

Monte Melkonyana Ermənistanın və Qarabağdakı separatçı rejimin “milli qəhrəmanı” adı verilib

Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib. 1991-ci ildə Qarabağa gələrək qanunsuz hərbi birləşmələrin tərkibində vuruşub. 1993-cü il iyununda Qarabağda döyüşçülərimiz tərəfindən məhv edilib. Onu İrəvanda basdırıblar.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar