Ermənistan “Gorus-Qafan”a alternativ yol üçün bu qədər pul ayırdı

26 Sentyabr 2021 11:51    631 Baxış   
Ermənistan “Gorus-Qafan”a alternativ yol üçün bu qədər pul ayırdı

Ermənistan hökuməti Zəngəzur bölgəsində Gorus-Qafan yoluna alternativ olan Tatev-Ağvan yolunun 43 kilometrlik hissəsinin tikintisi üçün 5,5 milyard dram (təxminən 11 milyon dollar) ayırıb.

Dominant.az xəbər verir ki, bu barədə baş nazirin müavini Suren Papikyan Facebook səhifəsində yazıb.


"Tatevdən Ağvana gedən yol hissəsi noyabr ayının sonuna qədər hazır olacaq. Bu, Gorus-Qafan magistralına alternativ olan yoldur. Strateji əhəmiyyətli bu yolun səmərəli və qısa müddətdə tikilməsini təmin etmək üçün 5,5 milyard dram sərmayə qoyulub”, - deyə Papikyan vurğulayıb.

Xatırladaq ki, sentyabrın əvvəlindən Gorus-Qafan yolunun Azərbaycanın ərazisindən keçən 21 km-lik hissəsində rəsmi Bakı tərəfindən postlar qurulub. Nəticədə Ermanistana yük daşıyan İran yük maşınlarının hərəkətində çətinlik yaranıb. Eyni zmanda, İran maşınlarının bu yolla Xankəndiyə qanunsuz daşımalarının da qarşısı alınıb.

(Modern.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar