Ermənistan hökuməti Xankəndi və Şuşanın tam boşaldılması barədə göstəriş verdi

28 Oktyabr 2020 17:34    2451 Baxış   
Ermənistan hökuməti Xankəndi və Şuşanın tam boşaldılması barədə göstəriş verdi

Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı azsaylı erməni əhaliyə müraciət edib.

Ermənistan KİV-nin yazdığına görə, Nazirlik Şuşa və Xankəndindəki ermənilərdən ərazini tam boşaltmağı tələb edib.

Nazirliyin rəsmisi Artsrun Ovannisyan sakinlərə bu addımın təhlükəsizlik məqsədilə atıldığını deyib. Bölgədə olan jurnalistlər isə Azərbaycan Ordusunun ciddi irəliləyişi fonunda hərbi əməliyyatların bu şəhərələrə yaxınlaşdığını söyləyib.

Qeyd edək ki, Ermənistan rəsmiləri Qarabağda yaşayan 90 mindən artıq erməni mənşəli sakinin Ermənistan ərazisinə köçürüldüyünü açıqlamışdı.

Turkustan.info
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar