Ermənistan Müdafiə Nazirliyinin dünən dil-dil ötən sözçüsü "sükuta qərq oldu"

14 İyul 2020 02:31    2576 Baxış   
Ermənistan Müdafiə Nazirliyinin dünən dil-dil ötən sözçüsü "sükuta qərq oldu"
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan vəziyyətdən çıxış yolu axtarır. Ancaq görünən odur ki, nəinki o, heç işğalçı ölkənin baş naziri Nikol Paşinyan da, erməni xalqının qəzəbindən qurtara bilməyəcək.

Dominant.az xəbər verir ki, Tovuz rayonununda erməni təxribatı baş verən vaxtdan, azı bir saat ərizndə iki dəfə açıqlama verib, Azərbaycan xalqını aşağılamağa çalışan Şuşan Stepanyan və onun ali rəhbərləri necə qorxuya düşüblərsə, saatlardır susurlar.

Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərt çıxışı və şəhidlərimizin qisasının alınacağı ilə bağlı açıqlamasından sonra ordumuz daha qətiyyətli mövqe sərgiləyərək düşmənin başına od ələyib.

Düşmənin, ən azı. 20 əsgərinin məhv edildiyi haqqında məlumatlar yayılsa da, Ermənistan rəhbərliyi bu məlumatları gizlədir. Ermənistan Müdafiə Nazirliyinin yalan məlumatlar tirajlaması artıq onların əleyhinə işləyir. Yerevanda xalq ayağa qalxıb, hakimiyyəti məlumatları açıqlamağa məcbur edirlər.

Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan da erməni sosial şəbəkə istifadəçilərinin qəzəbiylə üzləşməmək üçün "Facebook" səhifəsindəki paylaşımlarının rəy bölümünü bağlayıb.


Nurlan Hüseyn



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar