Ermənistan ordusu dalana dirənib, Anna Akopyan Azərbaycana yalvarır

13 İyul 2020 19:33    335 Baxış   
Ermənistan ordusu dalana dirənib, Anna Akopyan Azərbaycana yalvarır
Nikol Pashinyanın həyat yoldaşı Anna Akopyan öz rəsmi "Instagram" hesabında ingilis, rus və erməni dilində Azərbaycan qadınları və analarına müraciət edərək hərbi əməliyyatları dayandırmağa çalışıb.

Dominant.az xəbər verir ki, Anna Akopyan deyib:

"Dünəndən bəri Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərginləşib. Rəsmi məlumata görə, Azərbaycan tərəfdən bir neçə saat ərzində dörd əsgər həlak olub. "Qadınlar sülh uğrunda" təşkilatının müəllifi kimi Azərbaycan qadınları və analarını öz ölkələrinin hərbi-siyasi hakimiyyətinə müraciət edərək hərbi hərəkətləri dayandırmağa, erməni və Azərbaycan xalqının oğullarının həyatını təhlükə altına salmamağa çağırmalarına çağırıram", - deyə Akopyan bildirib.
O, qeyd edib ki, xüsusilə bütün dünyanı diz üstünə qoymuş pandemiya günlərində, bütün dövlətlərin rəhbərləri öz gücünü xalqlarının sağlamlığının müdafiəsinə yönəltməlidir.
"BMT baş katibinin Ümumdünya barışıq elan etmək barədə çağırışına riayət etmək dövlət başçılarının öz ölkə və xalqları üçün edə biləcəyi ən yaxşı çağırışdır", - deyə Akopyan əlavə edib.
Amma bu zaman xanım Akopyan nədənsə, atəşkəsin birinci erməni silahlı qüvvələri tərəfindən pozulduğunu qeyd etməyi təəssüf ki, unudub.
BMT rəhbərinin çağırışlarını bayraq eləməyə çağıran Akopyan, BMT-nin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi hesab edilməsi və Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə qətnamələrini də xatırlatmağı məqsədəuyğun saymayıb.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar