Ermənistan ordusunun 30-dan çox əsgəri öldürülüb - FOTOLAR

12 İyul 2020 19:48    5942 Baxış   
Ermənistan ordusunun 30-dan çox əsgəri öldürülüb -  FOTOLAR
Tovuzdakı döyüşü bəziləri bilərək, bəziləri bilməyərək, yanlış təqdim edirlər. Soldakı foto Qarqayadı, ordumuzun nəzarəti altındadır. Bu barədə əlimdə görüntülər var, amma yaymaq olmaz. Ermənilər təxribat etdilər, cavablarını alıb, böyük itki ilə geri otuzduruldular".

Dominant.az xəbər verir ki, bunu Əməkdar jurnalist Rauf Arifoğlu bildirib.

Arifoğlunun sözlərinə görə, ermənilərdən itkilər çoxdu: "Məndəki rəqəm 25 ölü erməni. Bunu özləri də sosial mediada yazırlar. Bizim də şəhidlərimiz var. Onların sayəsində düşmən hücumu dəf edilib. Allah rəhmət etsin. Hazırda döyüş zonasında sakitlikdi, əhalinin ruhu yüksəkdi".



Jurnalist Aygün Muradxanlı isə bildirib ki, ermənilərin sosial şəbəkələrdə yazdığına görə, 30-dan çox erməni əsgəri ölüb.


Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar