Etibar Əliyevdən Saleh Rüstəmovla bağlı TƏKZİB

08 Dekabr 2021 19:56    346 Baxış   
Etibar Əliyevdən Saleh Rüstəmovla bağlı  TƏKZİB

Milli Məclisin deputatı Etibar Əliyev həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovun cinayət əməlini bilmədiyi halda onun həbsdən azadlığa buraxılması ilə bağlı mətbuatda fikir bildirdiyini deyib.

Deputat S. Rüstəmovun azadlığa buraxılması üçün rəsmi müraciət etmədiyini vurğulayıb.

Bu barədə deputat Modern.az-a açıqlamasında danışıb.

O qeyd edib ki, Saleh Rüstəmovun ağır cinayətlərdə ittiham olunduğunu sonradan öyrənib: “Onun işinə ancaq hüquqi prosedurlar çərçivəsində baxıla bilər. Azərbaycan hüquqi dövlətdir. Ona görə də bu məsələnin hüququn aliliyi ilə həll ediləcəyinə inanıram. Hər kəs törətdiyi əməlinin cəzasını mütləq çəkməlidir".


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar