Etibar Məmmədovla Heydər Əliyevin Moskvadakı görüşündə nələr müzakirə edilib? - VİDEO

20 Yanvar 2022 18:41    262 Baxış   
Etibar Məmmədovla Heydər Əliyevin Moskvadakı görüşündə nələr müzakirə edilib? -  VİDEO

“20 Yanvar” qırğını barədə Moskvada keçirtdiyim mətbuat konfransından sonra SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Moskvadakı Azərbaycan nümayəndəliyinə hücumu oldu. Sanki hərbiləşdirilmiş qalaya hücum edilirdi”.

Bu barədə Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov Space TV-də yayımlanan “Yeni Reallıq” verilişində bildirib. Etibar Məmmədovun sözlərinə görə, Moskvada keçirilən mətbuat konfransından sonra Heydər Əliyev ordakı Azərbaycan nümayəndəliyinə gedib:

“Heydər Əliyev, İlham Əliyev və Mahmud Məmmədquliyev birlikdə gəldi. Heydər Əliyev məndən canlı şahid kimi Azərbaycandakı, Bakıdakı vəziyyətlə bağlı məsələlər barədə soruşdu. Məlumat mübadiləsi etdik. Heydər Əliyev isə Moskvadakı vəziyyət, onların baş verən proseslərə mövqeyi və başqa məsələlərlə bağlı danışdı. Tövsiyələrini verdi. Ən əsası, dedi ki, vəziyyət çox pisdir. Hər şey ola bilər. Doğrudan da hər şey oldu. Həmin axşam bizim daimi nümayəndəliyimizə hücum oldu. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin hücumu ilə sanki hərbiləşdirilmiş qalaya hücum edilirdi. Qapı-pəncərəni vurub dağıtdılar, adamların bir hissəsini mənimlə bərabər apardılar, sonra məni saxladılar, qalanlarını buraxdılar”.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar