Etirazla qarşılanan Lukaşenko: "Səlahiyyətlərimi təhvil verməyə hazıram” - VİDEO

17 Avqust 2020 16:01    406 Baxış   
Etirazla qarşılanan Lukaşenko: "Səlahiyyətlərimi təhvil verməyə hazıram” -  VİDEO
“Yeni konstitusiyanın qəbulundan sonra səlahiyyətlərimi təhvil verməyə hazıram”.

Dominant.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşündə bildirib.

Qeyd edək ki, zavod işçiləri ilə helikopterlə görüşə gələn Aleksandr Lukaşenkonu pis vəziyyətə düşüb. İşçilərlə söhbətdən sonra həyətə çıxaraq insanlarla görüşmək istəyən prezidenti “Çıx get!” şüarları səsləndiriblər.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar