Fazil Mustafa polisə zibil atanları müdafiə edənlərdən yazdı: "...İT SÜRÜSÜ..."

09 İyun 2020 00:44    6835 Baxış   
Fazil Mustafa polisə zibil atanları müdafiə edənlərdən yazdı:  "...İT SÜRÜSÜ..."
"Karantin qaydalarında azca güzəştli davranılsa, bu məmləkət xaosa sürüklənəcək"

Milli Məclisin deputatı Fazil Mustafa Yeni Yasamalda polisə zibil atanları dəstəkləyənləri "it sürüsü" adlandırıb.

Dominant.az xəbər verir ki, F.Mustafa bu barədə öz sosial şəbəkə hesabında yazıb: "Azərbaycan polisinin başına zibil tökənləri dəstəkləyən it sürüsünün başında Bəxtiyar Hacıyev kimilər durur. Azərbaycanın sağlam düşüncəli vətəndaşları heç vaxt bu hərəkətə haqq qazandırmaz".

Deputat bildirib ki, polisin əməlində qanunsuzluq varsa, bunu söyləmək, şikayət etmək, qanunsuz əmələ görə cəzalandırılmasını tələb etmək olar: "Ancaq bunlar bilərəkdən başlanğıc hadisəni gözardı edərək guya insan haqlarını qoruduqlarını bəyan edərək sosial şəbəkədə dövlətə qarşı, polisə qarşı itaətsizliyi təbliğ edirlər".

"Bunlara qarşı bu gün dirənişimizi göstərməsək, inanın ki, sabah bu dövlətdən əsər-əlamət qalmayacaq. Karantin qaydalarında azca güzəştli davranılsa, bu məmləkət xaosa sürüklənəcək", - F.Mustafa vurğulayıb.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar