“Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiyanın cavab reaksiyasına səbəb olacaq”

16 May 2022 18:31    1891 Baxış   
“Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiyanın cavab reaksiyasına səbəb olacaq”

“NATO özünün geosiyasi siyasətindən kənara çıxır, digər regionlarda siyasətə təsir etməyə çalışır. Bu, bizdən diqqətli olmağı tələb edir”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində bildirib.

Finlandiya və İsveçin NATO-ya qoşulması haqqında danışan Putin Rusiyanın bu dövlətlərlə probleminin olmadığını, bu dövlətlər hesabına genişlənmənin Rusiya üçün bilavasitə təhlükə yaratmadığını vurğulayıb.

Bununla belə, o qeyd edib ki, bu ərazidə hərbi infrastrukturun genişlənməsi Rusiyanın cavab reaksiyasına səbəb olacaq: “Bu reaksiyanın necə olacağına yarana biləcək təhlükələrdən çıxış edərək qərar verəcəyik”.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar