Fransa Senatı qondarma "DQR"in "müstəqilliyini" tanıdı

25 Noyabr 2020 21:48    2969 Baxış   
Fransa Senatı qondarma "DQR"in "müstəqilliyini" tanıdı

Fransa Senatı Dağlıq Qarabağın "dövlət müstəqilliyi"ni tanıdı.

Qətnamədə "Azərbaycanın Türkiyənin hakimiyyət dairələri və muzdlular vasitəsilə həyata keçirdiyi silahlı aqressiya qətiyyətlə pislənir".

Absurdluğu və həyasızlığı ilə təəccüb doğuran sənəd Azərbaycanı "son hərbi əməliyyatlar nəticəsində tutduğu ərazilərdən qoşunları dərhal çıxarmağa" çağırır.

Senat, habelə Fransa hökumətindən tələb edir ki, "ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Qarabağda sərhədlərin 1994-cü ilin mayında atəşkəslə bağlı imzalanmış müddətsiz üçtərəfli anlaşmaya uyğun olaraq bərpası üçün bütün gərəkli addımları atsın".

... Qətnamənin hüquqi qüvvəsi yoxdur. Fransa bütün sərhədləri yandırdı və gerçək niyyətini ortaya qoydu.

Fransa Senatına nə qarabağlı ermənilər, nə də Qarabağ gərək deyil - dava geosiyasi divident davasıdır.

Debiloid senatorlar düşünürlərsə ki, bu kağız parçası Bakını nəyəsə vadar edə bilər - yanılırlar.

Amma Paris üçün Moskva, Ankara və Bakı bütün qapıları bağlaya bilərlər.

Fransanın XİN-i bunu, deyəsən, anlamağa başlayıb.

"Senatın Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir", - nazirliyin tələsik bəyanatında deyilir.

Elçin Alıoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar