Füzuli rayonu və 7 kəndi işğaldan azad edildi

17 Oktyabr 2020 10:25    900 Baxış   
Füzuli rayonu və 7 kəndi işğaldan azad edildi

Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri erməni işğalından azad olunub.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədim yaşayış məskənimizi Azərbaycan özünə qaytardı. On minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttini yarması bizə növbəti strateji üstünlüklər verir, çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı və indi bu sirr deyil biz Füzuliyə hansı tərəfdən girə bildik, hansı böyük peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik”, - ölkə başçısı bildirib.

“Düşmən öz silahlarını yerə qoyub qaçmışdı son mərhələdə. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcəkdir”, - o vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar