Hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır

25 Oktyabr 2020 11:02    5577 Baxış   
Hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır

Bu gecə səhərədək Qarabağda bütün cəbhələr boyunca döyüşlər davam edib.

Ən şiddətli vəziyyət isə Əsgəran, Qırmızıbazar, Qubadlı və Laçın istiqamətlərindədir.

Laçını "alınmaz qala"ya döndərdiyini deyən düşmən yeni mifininin alt-üst olmasına hazır olsun.

Əvvəl Azərbaycan Müdafiə Nazirliyinin dünən "düşmən Laçın və Qubadlı rayonlarını atəşə tutur" tipli messic bəyanatı ilə çıxış etməsi, sonra da Ermənistanın Müdafiə Nazirliyinin Laçında döyüşlər getdiyini etiraf etməsi bir sıra mətləblərdən xəbər verir:

✅ 1. Qubadlı rayonunun işğaldan tam azad edilməsi uğrunda aparılan döyüşlərin yuxarı ekstremum nöqtəsi, pik həddi geridə qalıb.

Qubadlı şəhərinin azad edilməsi qısamüddətli perspektivdir.

✅ 2. Laçın istiqamətdə ənənəvi taktika və klişe strategiyadan istifadə çox pis, zərərli nəticə verə bilər.

Bu səbəbdən Dağlıq Qarabağın "açar"ı sayılan Laçın uğrunda döyüşlərdə "bəlirlə, vur, yor" taktikası daha ciddi nəticələr verə bilər.

Döyüşlər ağırdır və daha da ağır olacaq, çünki Qarabağın cənubundan fərqli olaraq, ordumuz indi yüksəkliklərlə irəliləyir.

Hakim yüksəkliklər tutulur, orada dərhal müşahidə və idarəetmə postları formalaşdırılır, ehtiyat qüvvələr arxadan irəli çəkilir, topoqrafik-ərazi və aviasiya kəşfiyyatı aparılır, yalnız bundan sonra irəliləyiş üçün plasdarm hazırlanır.

✅ 3. Hazırda ön plana aviasiya və artilleriya çıxıb. Zirehli texnika indiki şəraitdə yalnız taqım səviyyəsində dəstək funksionallığına malikdir: genişmiqyaslı hücumdan söhbət belə, gedə bilməz.

✅ 4. Qırmızıbazar istiqamətdə də döyüşlərin intensivliyi dəfələrlə artıb. Bu yaşayış məntəqəsi işğaldan azad olunduqda Şuşaya yol açılır.

✅ 5. Əsgəran istiqamətdə döyüşlərin formatı dəyişib. Ordumuz düşmənə qarşı ukraynalıların separatçılarla döyüşdə tətbiq etdikləri "anti-Debaltsevo" taktikasını reallaşdırmır.

Düşmən də bunu istəyirdi.

Tam əksinə, hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır və göz önündə klassik "kisə" formalaşır.

✅ 6. Ağdərə istiqaməti. Ən ciddi məqamlardan biri olan bu məkanda düşmənin iri qruplaşmasına artilleriya və aviasiya zərbələri endirilir.

Bu istiqamətdə əsla tələskənliyə yol vermək olmaz.

Günümüz uğurlu olacaq.

Elçin Alıoğlu

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar