İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib

06 İyul 2020 17:22    289 Baxış   
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Dominant.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Əvvəllər bu səlahiyyət ləğv edilmiş Vergilər Nazirliyində idi.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar