Jurnalistə hücumla bağlı cinayət işi başlanılıb

09 May 2022 16:17    2280 Baxış   
Jurnalistə hücumla bağlı cinayət işi başlanılıb

Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mircəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Zəng-Mərkəzinə müraciət edilib.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar