Koronavirusdan ölənləri zibil torbalarına yığdılar - FOTO

25 İyun 2020 15:40    2171 Baxış   
Koronavirusdan ölənləri zibil torbalarına yığdılar -  FOTO
Koronavirus pəncəsində çabalayan Braziliyadan qorxulu görüntülər yayılıb.

Dominant.az xəbər verir ki, ölkədə cəsədlərin zibil torbalarına yığıldığı görüntülər mediada yayılıb. Bu da Braziliyada koronavirusa yoluxanların və ölənlərin sayının sürətlə artdığını göstərir. 50 mindən çox insanın öldüyü ölkənin morqlarında yer yoxdur, buna görə cəsədlər boş otaqlarda saxlanılır. Səhiyyə problemlərinin davam etdiyi ölkədə təcili yardım heyəti tərəfindən çəkilən fotolar insanları qorxuya salıb.

Cəsədlər zibil torbalarında



Tibbi ləvazimat çatışmazlığı olan ölkə xəstəxanalarında vəziyyət kritik həddə catıb. Cəsədlər elə xəstələrin yanındaca zibil torbalarına yerləşdirilir. Morqlardakı sıxlıqdan dolayı xəstəxanaların ətrafındakı konteynerlər kütləvi məzarlığa çevrilib.

Rəhbərlik pandemiyaya ciddi yanaşmır

Braziliya prezidenti Jair Bolsonaro epidemiyanı ciddi qəbul etməməkdə ittiham olunur. Bolsonaro əvvəlcə rəsmi rəqəmlərin hər gün açıqlanmasını qadağan edib, lakin bu qərar məhkəmə tərəfindən ləğv edilib. Bundan sonra federal hakimlərdən biri ölkə rəhbərinə xalqa maska taxmağı məcbur edən məhkəmə qərarı verib.

Konteynerlər kütləvi məzarlığa dönüb

Braziliya xəstəxanalarında koronavirusdan həyatını itirən insanların zibil torbalarında saxlanıldığı aşkar edilsə də, cəsədlər xəstəxananın kənarındakı konteynerlərdə saxlanılır. Yoluxanların artması və səhiyyə işçilərinin gecə-gündüz işləməsi səbəbindən xəstələrin yerdə yatdıqları görünür. Ölkədə 118 tibb bacısının koronavirusdan öldüyü bildirilir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar