Kursantlar and içdilər - VİDEO

14 Sentyabr 2021 17:12    600 Baxış   
Kursantlar and içdilər -  VİDEO

Tədris ilinin başlanması münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.

Bu barədə dominant.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə gənc kursantlar təbrik edilib, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Sonra kursantlar sıra meydanında Şərəf andı içiblər.

Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Mərasimdə çıxış edənlər kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar