Lukaşenkodan təkrar seçkilərlə bağlı AÇIQLAMA

17 Avqust 2020 12:45    335 Baxış   
Lukaşenkodan təkrar seçkilərlə bağlı  AÇIQLAMA
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə təkrar seçkilərin keçirilməyəcəyini bildirib.

Dominant.az xəbər verir ki, Lukaşenko bu barədə bu gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşündə açıqlama verib.

“Heç vaxt təzyiq altında bir şey etməyimi gözləməyin. Heç bir təkrar seçki olmayacaq. Çünki nə MZKT, nə MAZ, nə də BELAZ olmayacaq, altı ayda hər şeyi məhv edəcəyik”, - deyə Lukaşenko qeyd edib.

O, hakimiyyət səlahiyyətlərinin küçə nümayişləri ilə deyil, konstitusion yolla müəyyənləşdiriləcəyini vurğulayıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar