Qarabağa icazəsiz səfər etdiyi üçün Azərbaycana girişinə qadağa qoyulan Rusiyanın “Match TV” telekanalının jurnalisti Nobel Arustamyan UEFA tərəfindən Avropa Çempionatında iştirak üçün rəsmi akkreditasiya alıb.
Dominant.az xəbər verir ki, bu barədə Ermənistan İctimai Radiosu məlumat yayıb.
Arustamyanın Azərbaycana buraxılıb-buraxılmayacağı isə hələ də sual altındadır. Əgər Azərbaycan icazə verməzsə, həmin şərhçi Bakıdakı oyunlardan başqa bütün Avropa Çempionatı oyunlarına yollana biləcək.
Məsələyə münasibət bildirən Arustamyan bildirib ki, o, əslən Bakıdandır:
“Əlbəttə, bu yay Bakıya gəlməyi planlaşdırmırdım. Azərbaycanda məni gözləmirlər. Mən əslən Bakıdanam, valideynlərim orada doğulub, babam orada dəfn olunub, bütün ailəm də oradandır. 80-ci illərin sonunda hamımız oradan ayrılmalı olmuşuq”, - deyə jurnalist öz teleqram hesabında qeyd edib.
(qazet.az)