"Müdafiə Nazirliyinin mətbuat katibi operativ olmalı, şayiələrə meydan verməməlidir"

14 İyul 2020 15:54    267 Baxış   
"Müdafiə Nazirliyinin mətbuat katibi operativ olmalı, şayiələrə meydan verməməlidir"
"Son 30 ilin ən ideal şəraiti yetişib. Heç bir regional və qlobal güc Azərbaycana buna görə irad tutmayacaq".

Dominant.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli bildirib.

Ə.Əlibəyli öz ehtimal və təkliflərini də açıqlayıb:

"1. Azərbaycan döyüşü genişləndirib əməliyyat sahəsini Dağlıq Qarabağa və işğal edilmiş rayonlara yaymalı, antiterror aksiyası ilə prosesi başa vurmalıdır.

2. Pasinyan müharibədən sonra çevrilecek.

3. Döyüşlərin şiddətlənməsi onun son şansı, Bakının isə imkanlarının genişlənməsidir.

4. Pandemiya cəbhəsini Qarabağa keçirməklə onun gətirdiyi problemlərin də ağırlığını müharibəyə yükləməklə Azərbaycan cəmiyyəti daha üstün mövqe qazana bilər.

5. Rusiya Pasinyana nifrət edir, KTMT iclasını təxirə salır, Ukrayna, Türkiyə açıq müdafiə edir, İran, Gürcüstan loyal yanaşır.

6. Ermənistan son şansını aprel müharibəsində - Putinin Əliyevə zəngi ilə itirdi, indi zəng edib, nə deyəcək? Həm də Azərbaycan ilə ən yaxşı münasibəti olduğu bir zamanda.

7. ABŞ zatən sərhəd xidmətini gücləndirir, formalaşdırır və möhtəşəm bir güc inşa edir.

8. Azərbaycan ordusu öz gücü hesabına Dağlıq Qarabağ xaric, digər işğal olunmuş rayonları çox rahat şəkildə azad edə bilər.

9. Bundan sonra bütün danışıqlar prosesi Ermənistan və birbaşa himayəçiləri ilə aparıla bilər.

10. Azərbaycanda erməni dilinin tədrisi xüsusi təyinatlı təhsil müəssisələrində məcburi olmalıdır, o cümlədən, sərhəd rayonlarında.

11. Müdafiə Nazirliyinin Mətbuat xidməti adekvat, operativ olmaqla və ictimai rəyi idarə etməklə cəmiyyəti də arxasınca aparar və şayiələrə meydan qoymaz.

12. Beynəlxalq hüquq heç bir rol oynamasa da, istifadə edilməlidir".



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar