Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni xəbər

12 Aprelel 2021 20:57    2349 Baxış   
Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı  yeni xəbər

Nazirlər Kabineti nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsinin yeni qaydasını müəyyən etməlidir.

Dominant.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə – "Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın VII hissəsinin 3-cü bəndinə uyğun olaraq, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.

Qeyd edək ki, "Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan nəqliyyat vasitələrinin nasazlıqları sırasına jalüz çəkilməsi də daxil edilib.

(Sfera.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar