Onik Qasparyan - Azərbaycan Ordusu bir həftəyə Xankəndində olacaq

05 Noyabr 2020 20:03    5082 Baxış   
Onik Qasparyan -  Azərbaycan Ordusu bir həftəyə Xankəndində olacaq

Dünən axşam Ermənistanın baş qərargahının bunkerində Paşinyanın iştirakı ilə fövqəladə toplantıda keçirilib.


Baş qərargah rəisi Onik Qasparyan və onun müavini Karen Abramyan Paşinyana məruzə ediblər ki, Azərbaycan Ordusu Turşsu-Şuşa yolunu nəzarətə götürüb, hətta Şuşa-Xənkəndi yoluna yaxınlaşıblar.


Onik Qasparyan Paşinyanı əmin edib ki, kardinal dəyişikliklər baş verməsə, bir həftəyə Azərbaycan Ordusu Xankəndində olacaq. Baş Qərargah rəisi Rusiyanın müdaxiləsi olmadan vəziyyəti dəyişməyin mümkünsüzlüyünü, bir həftəyə "Arsax"ın tamamilə itiriləcəyini Paşinyanın diqqətinə çatdırıb.

Paşinyan heç nə demədən Baş Qərargahın bunkerini tərk edib. O, getdikdən sonra Qasparyan öz müavininə və oradakılara bundan sonra "Ermənistanın üzləşdiyi fəlakət qarşısında" susmayacağını deyib.

Məlumat Ermənistanın vətəndaş cəmiyyətinin aktivləri tərəfindən Baş Qərargahdakı mənbəyə istinadən açıqlanıb.

Cavanşir Həsənli



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar