Ordumuzun cavab zərbəsi: Erməni hərbçi başından vuruldu

24 İyul 2021 10:24    1002 Baxış   
Ordumuzun cavab zərbəsi:  Erməni hərbçi başından vuruldu

Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı üzə çıxıb.

Dominant.az xəbər verir ki, düşmən tərəfi ötən gün Basarkeçər rayonu ərazisində 3 hərbi qulluqçusunun yaralandığını, lakin onların həyatı üçün heç bir təhlükə olmadığını bildirmişdi.

Amma “Azataqrum” hərəkatının sədri, jurnalist Mika Badalyan yaralı hərbçilərdən birinin durumunun kritik olduğunu açıqlayıb.

“Bizdə olan məlumata görə, yaralı hərbçilərdən ikisi Akunk kəndindəndir. Onların yaraları yüngüldür. Amma Razdan şəhərindən olan hərbçimizin vəziyyəti kritikdir. O hazırda Vardenisdə (Basarkeçər) əməliyyat olunur”.

Erməni hərbçinin başından güllə yarası aldığı bildirilir.

(Modern.az)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar