Parklanma ilə bağlı yeni qaydalar - Cərimələr 2 dəfə artılır

24 Yanvar 2022 12:38    391 Baxış   
Parklanma ilə bağlı yeni qaydalar -  Cərimələr 2 dəfə artılır

Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cəirmələr iki dəfə artırılır.

Dominant.az "Report"a isinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cəimə 10 manatdan 20 manata qaldırılır.

Digər dəyişikliklə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimə 10 manatdan 20 manata çatdırılır.

Həmçinin dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə cərimələr müəyyənləşib. Belə ki, dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 min manat məbləğində cərimə ediləcək.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar