Paşinyan-Araik qalmaqalı - Separatçının Moskva çırpıntısı uğursuz olub

24 Noyabr 2020 15:00    618 Baxış   
Paşinyan-Araik qalmaqalı -   Separatçının Moskva çırpıntısı uğursuz olub

Dağlıq Qarabağdakı xuntanın rəhbəri Araik Arutunyanı Moskvaya çatdıran təyyarə yenidən Ermənistanın paytaxtı Yerevana qayıtmalı olub.Təyyarə dünən saat 01:44-də Yerevana çatıb. Bu, təhlükəsizlik xidmətinin əməkdaşlarının Araikin Rusiya ərazisinə daxil olmasına razılıq verməməsindən sonra baş verib.


Dominant.az xəbər verir ki, bu barədə məlumatı "news.am" saytı "Mediaport" teleqram kanalına istinadən yayıb.


Məlumatda bildirilir ki, A.Aratunyan noyabrın 25-dək Moskvada qalmalı idi. Bununla bağlı "Mediaport"un yaydığı xəbərdən sonra o, geri dönməli olub. Terrrorçubaşının Moskvaya getmə səbəbi isə öz tutduğu "postu" saxlamaqla əlaqədardır. Çünki baş nazir Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın təsiri ilə Araikdən vəzifəsini Samvel Babayana təhvil verməsini istəyib. Görünür, Arutunyan bununla razılaşmadığı üçün Moskvaya üz tutub.

Məlumatda o da bildirilir ki, Qarabağdakı separatçı rejimin rəhbərliyi A.Arutunyanın Moskavaya getməsini gizli saxlamaq istəyib. Gün ərzində onun mətbuat katibi telefon zənglərinə cavab verməyib, həmçinin bir neçə gün əvvəl keçirilmiş tədbirlə bağlı məlumat yayaraq diqqəti yayındırmaq istəyib.

"Bakı-Baku.az"




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar