PKK/YPG terror təşkilatının həyata keçirdiyi terror aktları

28 İyul 2020 11:38    352 Baxış   
PKK/YPG terror təşkilatının həyata keçirdiyi terror aktları
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi PKK/YPG terror təşkilatının Suriyanın şimalında bomba yüklü avtomobillərlə həyata keçirdiyi terror aktları ilə bağlı paylaşım edib.

Dominant.az xəbər verir ki, paylaşımda 2020-ci ilin 1 yanvar tarixindən 31 marta qədər Suriyanın şimalında PKK/YPG tərəfindən bomba yüklü avtomobillərlə ümumilikdə 16 terror aktının həyata keçirildiyi qeyd edilib.

“Terror aktları nəticəsində 17 mülki şəxs həyatını itirib, 9 türk əsgəri və yerli təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı şəhid olub, 87 mülki şəxs, 1 türk əsgəri və yerli təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı yaralanıb.

Afrin bölgəsində bomba yüklü avtomobillərlə həyata keçirilən 6 terror aktı nəticəsində 6 mülki şəxs həyatını itirib, 16 mülki şəxs yaralanıb.

Azez bölgəsində bomba yüklü avtomobillərlə həyata keçirilən 2 terror aktı nəticəsində 3 mülki şəxs həyatını itirib, 55 mülki şəxs yaralanıb.

Çobanbəy bölgəsində bomba yüklü avtomobillə həyata keçirilən terror aktı nəticəsində 1 mülki şəxs həlak olub, 1 mülki şəxs yaralanıb.

Tel Abyadda bomba yüklü avtomobillə həyata keçirilən terror aktı nəticəsində 5 mülki şəxs ölüb və 4 mülki şəxs yaralanıb.

Rəsulaynda bomba yüklü avtomobillərlə həyata keçirilən 2 terror aktı nəticəsində 5 Türk əsgəri və yerli təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı şəhid olub, yerli təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı və 7 mülki şəxs yaralanıb.

Türkmənlərin kompakt yaşadığı Hammam qəsəbəsində bomba yüklü avtomobillə həyata keçirilən terror aktı nəticəsində 1 türk əsgəri şəhid olub, 1 türk əsgəri yaralanıb.

Suluk bölgəsində bomba yüklü avtomobillə həyata keçirilən terror aktı nəticəsində 3 türk əsgəri şəhid olub, 2 mülki şəxs ölüb və 4 mülki şəxs yaralanıb”, – məlumatda bildirilir.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar