Polisin "dovşan" adlandırdığı qadın danışdı: "Üzr istəyən ikinci oğlumu da həbs etməzdi"

09 İyun 2020 14:47    17857 Baxış   
Polisin "dovşan" adlandırdığı qadın danışdı:  "Üzr istəyən ikinci oğlumu da həbs etməzdi"
Polisin "Sən də dovşansan, ərin də dovşandır!” dediyi Yasamal sakini Gülər Süleymanovanın iki oğlu həbs edilib.

Dominant.az xəbər verir ki, bu barədə Arqument.az-a Gülər Süleymanova məlumat verib.

Onun sözlərinə görə, əvvəl oğlu Süleymanlı Elvin çılpaq şəkildə zorla evdən götürülüb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə həbs edilib.

Daha sonra digər oğlu Süleymanlı Kərim saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 531.1-ci maddəsi ilə həbs olunub.

Gülər Süleymanova deyib ki, onu idarəyə dəvət etsələr də, getməyib. O, polisin işdən çıxarıldığından da xəbərsiz olduğunu deyib.

Süleymanova deyir ki, heç bir yerə getməyəcək və üzr də qəbul etməyəcək: "Üzr istəyən ikinci oğlumu da həbs etməzdi".

O bildirib ki, övladlarının hüquqlarını vəkil Cavad Cavadov müdafiə edəcək.

Cavad Cavadov isə arqument.az-a deyib ki, artıq Gülər Süleymanova ilə müqavilə bağlanıb və hüquqi müstəvidə bütün addımlar ataılacaq.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar