Polisin ölümü ilə bağlı araşdırma başladı

24 Noyabr 2021 10:08    491 Baxış   
Polisin ölümü ilə bağlı araşdırma başladı

Bu gün - noyabrın 24-də saat 7:30 radələrində Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən dominant.az-a verilən məlumatda bildirilib.

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar