Qarabağa dəstək aksiyasında iştirak etmiş güneyli fəallar İran zindanlarından buraxılmır

28 Oktyabr 2020 22:00    498 Baxış   
Qarabağa dəstək aksiyasında iştirak etmiş güneyli fəallar İran zindanlarından buraxılmır

Azərbaycan ordusunun Qarabağda apardığı haqq savaşına Güney Azərbaycanlı soydaşlarımız öz aksiyaları ilə dəstək olur.

Dominant.az xəbər verir ki, bu günədək həmin aksiyalarda xeyli fəal saxlanılıb, əksəriyyəti cərimə ödədikdən sonra azadlığa çıxıb.

Ancaq saxlanılan fəallardan - Əsgər Əkbərzadə, Əli Xeyrcu, Müctəba, Murtuza və Mustafa Pərvin, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Meysəm Colani hələ də azadlığa buraxılmayıb.

Onların Ərdəbil yaxınlığındakı “Şaməsbi” həbsxanasında heç bir əsas olmadan saxlanıldıqları deyilir.

Ərdəbilin “Şəhid Behişti” məhkəməsinə gedən faəlların yaxınlarına “cinayət işləri”nin onların əllərində yox, Tehranın ETTELAAT idarəsində olduğunu bildiriblər. ETTELAAT tutulmuş fəalların hələ də həbsdə qalmalarını “məsləhət bilir” və onlar barədə son qərarı da məhz ETTELAAT verəcək.

Əsassız yerə, siyasi sifarişlə həbsdə saxlanılan güney azərbaycanlı faəllar dərhal azadlığa buraxılmalıdır!



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar