Ramiz Mehdiyevin maaşı artırılıb

19 Yanvar 2022 12:12    476 Baxış   
Ramiz Mehdiyevin maaşı artırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.

Dominant.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə öz əksini tapıb.

Qərara əsasən, AMEA prezidentinin aylıq vəzifə maaşı 3000-dən 3084 manata qaldırılıb.

Qeyd edək ki, 2019-cu ildən AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar