"Rusiya müharibə elan etsə belə, müqqəddəs haqq mübarizəmizdən geri dönməyəcəyik"

16 Oktyabr 2020 13:19    1424 Baxış   
"Rusiya müharibə elan etsə belə, müqqəddəs haqq mübarizəmizdən geri dönməyəcəyik"

Öncə onu deyim ki, xilaskar ordumuz dünəndən ən əhəmiyyətli mövqelərdən zəfər yürüşünün ikinci və həlledici mərhələsinə başlayıb, yeni və böyük şad xəbərləri qarşılamağa hazır olun. Yenilməz Azərbaycan ordusunun ağıllı və dəqiq həmlələrinə tab gətirməyən mənfur düşmən təxribatlar törətmək üçün müxtəlif vasitələr axtarır. Odur ki, daxili təhlükəsizliyin təminatı üçün hər kəsdən gözüaçıq və diqqətli olması tələb olunur.


İkincisi, hesab edirəm ki, biz Vətən müharibəsindən, ən azı, iki nəticə ilə çıxmalıyıq: Qarabağı işğalçılardan azad etməli, xalq olaraq bütünləşməli, mücadiləmizi sonadək davam etdirməliyik.


Biz Dağlıq Qarabağa yüksək statusu müharibədən əvvəl, sülh şəraiti ücün təklif edirdik.


Biz müzəffər ordumuzun qalibiyyət yürüşünü sonadək davam etdirib, qalib xalq kimi söz sahibiynə çevrilib, Dağlıq Qarabağa ən yaxşı halda 1989-cu ilə qədər olan statusa bənzər status verə bilərik.

Biz sülhməramlılar adı ilə rus və digər ölkələrin hərbi qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə əsla yol vermərik.

Biz tarixi ədalətin, beynəlxalq hüququn, ərazi bütövlüyünün bərpa olunması üçün sonadək mübariz olacağıq.

Biz, hətta Qərbdən sanksiyalar tətbiq olunsa, Rusiya müharibə elan etsə belə, bu müqqəddəs və haqq mübarizəmizdən geri dönməyəcəyik.

Biz tam və qəti qələbə çalacağıq, nə yarımçıq müharibə, nə də yarımçıq sülhlə barışmayacağıq və bu yolda xalqa xəyanət edənləri heç vaxt bağışlamayacağıq.

Biz məzarlarda uyuyan şəhidlərin ruhunu şad etmək üçün onların ailələrinə daimi qayğı göstərəcəyik, Vətən fədailərini heç vaxt unutmayacağıq, həmişə ehtiramla, heyranlıqla və həsrətlə yad edəcəyik.

Bu da Azərbaycan xalqının baza prinsipləridir, bəyənənlər həm də paylaşsın.

Qubad İbadoğlu



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar