Rusiya sülhməramlıları ilə erməni əsgərləri arasında atışma olub - ÖLƏNLƏR VAR

16 Noyabr 2020 20:28    4381 Baxış   
Rusiya sülhməramlıları ilə erməni əsgərləri arasında atışma olub -  ÖLƏNLƏR VAR

Ağdamda Rusiya sülhməramlıları ilə erməni silahlı qüvvələri arasında atışma baş verib.

Bu barədə Rusiyanın "Telegram" kanalları xəbər yayıb. Bildirilir ki, erməni silahı birləşmələri təslim olmaqdan və ərazini verməkdən imtina edirlər.

Separatçıların lideri Arayik Arutyunyan və bir neçə erməni hərbi hissə komandirləri bu barədə Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla danışıqlar aparıb.

Onlar Paşinyanın imzaladığı kapitulyasiyanı tanımadıqlarını və döyüşməyə davam edəcəklərini bildirirlər.

İddialara görə, hətta, rus sülhməramlıları ilə erməni hərbi birləşmələri arasında döyüş olub. Nəticədə, 4 sülhməramlı və 18 erməni ölüb.

Yeniavaz.com


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar