Səhər 06:05-dən başlayan döyüş hələ də davam edir

21 Oktyabr 2020 23:10    2917 Baxış   
Səhər 06:05-dən başlayan döyüş hələ də davam edir

Gecə nisbətən sakit keçdi. Səhər 06:05-də erməni tərəfi ağır artilleriya ilə Ağdamı atəşə tutdu.

06:05-dən başlayan döyüş hələ də davam edir. Düşmən tərəfi həm Tərtər, həm də Ağdamı atəşə tutdu. Azərbaycan artilleriyası Ağdərənin üstünü, Şahbulaq, Şotlanlının üstünü, Uzundərəni vururdu. Hiss olunan odur ki, Şahbulaq istiqamətində düşmənin topu və tankı peyda olub. Ağdam daha çox Qarakənddən vurulur. Elə Qarakənd də artilleriyamız tərəfindən vurulur.

Artilleriya savaşından əlavə mövqelərdə də döyüşlər gedir. Düşmənin minaatanları daha çox fəallıq göstərir. Ancaq öncəki müharibədəki kimi dəqiq deyil. Keçmiş döyüşçülər nə dediyimi yaxşı bilir. İşğaldan azad etdiyimiz heç bir mövqedən geri çəkilmə olmayıb. Bunları tam dəqiqləşdirib deyirəm. Eşitdim, yenə Ağdamı almısınız. Biraz barıtın az etsəniz olmaz?

Bu gün əsgərlərimizlə görüşə bilmişəm. Vəziyyətləri çox yaxşıdır. Ancaq biləsiniz ki, o səngərlərdə durmaq böyük əziyyət hesabına başa gəlir. Canlı şahidi olmuşam. Vuruşurlar, döyüşürlər, əziyyət çəkirlər. Deyib, gülüb, hələ salamlar da göndərdilər. Hər şey bəzilərinin düşündüyü kimi oyunlardakı kimi deyil.

Döyüşlər öz axarı ilə gedir. Təmkinli olmaqda fayda var.

Səxavət Məmməd

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar