Şəhidimizin nəşi 80 gün sonra tapıldı - VİDEO

21 Dekabr 2020 13:32    1296 Baxış   
Şəhidimizin nəşi 80 gün sonra tapıldı -  VİDEO

Əslən Xocalı rayonunun Meşəli kəndindən olan Bağırov Elçin Fərhad oğlu, 27 sentyabr tarixində başlanan Vətən müharibəsində Şəhid düşmüşdü. Ailəsi 80 gün idi ki, onun nə ölüsündən, nə də dirisindən xəbər ala bilmirdi. Artıq Şəhidimiz dəfn edilib.

Elçin Bağırov Talış kəndi uğrunda gedən döyüşlərdə yaralansa da, komandirlərinin təkidinə baxmayaraq, döyüşə davam edib. Yaralı yoldaşlarını, şəhid olanların nəşini düşmənin əlinə keçməsin deyə, uzaq məsafəni qət edərək çiynində daşıyıb, döyüş meydanından çıxarıb, özü isə yenidən döyüşə qayıdıb. Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.

Atası gənc yaşında vəfat edəndə Elçinin cəmi 1 yaşı var idi, qaynatası isə 1992-ci ildə Şəhid olub. Anası 3 övladını namusu və qeyrəti ilə, çətinliklə boya-başa çatdırıb. Elçin hər zaman, hər yerdə Xocalıda soyqırıma uğrayan qohumlarının, soydaşlarının qisasını alacağını, erməni terrorçularının qənimi olacağını deyirdi. Hələ uşaq ikən anasına bununla bağlı söz belə vermişdi. İllərlə ORDUMUZUN sıralarında şərəf və ləyaqətlə xidmət edib.

4 uşaq atası idi. 1 yaşından atasız böyüyən Şəhidimizin körpə balası da 1 yaşında atasız qaldı.

Ruhun şad olsun qardaş...

https://www.facebook.com/2151001215183927/posts/2908826669401374/

Mübarizlər səhifəsi



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar