Şəhidin adını LGBT-də hallandıranlara ailəsindən sillə kimi cavab - VİDEO

21 Oktyabr 2020 18:17    4358 Baxış   
Şəhidin adını LGBT-də hallandıranlara ailəsindən sillə kimi cavab -  VİDEO

Dövlət Dəniz Agentliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Tural Müseyibov sosial şəbəkələrdə adı LGBT üzvü kimi hallanan şəhid Şaiq Kəlbiyevin ailəsi ilə görüşüb.

Dominant.az xəbər verir ki, bu barədə T.Müseyibov şəxsi “Facebook” hesabında paylaşdığı video müraciətdə bildirib.

O, qeyd edib ki, şəhidin ailəsi Ş.Kəlbiyevin adının hansısa bir təşkilatda hallanmasını etirazla qarşılayb: “Mən etirazımı bildirmişəm ki, bizim şəhidimizin adını o iyrənc təşkilatla birgə çəkməsinlər. Bununla bağlı sözümü demişəm. Yazırlar ki, Tural şəhidi təhqir edib. Xeyr, təhqir etməmişəm, şəhidimizin adının o iyrənc “təşkilat”la birgə hallanmasının əleyhinəyəm. Bununla bağlı olaraq şəhidimizin ailəsi, qardaşı ilə görüşmüşəm. Qardaşı özü sizə müraciət edir ki, şəhidin adını bu təşkilatla bağlamayın. Bu günahdır və çox böyük cinayət edirsiniz. İnsanların əsəbi ilə oynamayın. Bu yaxşı hal ola bilməz”.




Ş.Kəlbiyevin qardaşı Orxan Kəlbiyev də bildirib ki, qardaşı Aprel döyüşlərinin iştirakçısı olub, indi də özü könüllü döyüşə gedib: “Hər adama şəhidlik zirvəsi qismət olmur. Hər adam ora gedə bilmir. Kim ki qardaşımın hansısa təşkilata üzvlüyü barədə ya bu tipli məlumat yayırsa mənim özümə desinlər, görüm bunu hardan əldə ediblər? Onlara bu məlumatları verən kimdir?”.

Sonda T.Müseyibov əlavə edib ki, “Bu məsələni qapadın. Bitdi. Şəhidimizin adına ləkə gətirməyin. Sizin üçün ağır olar”.





Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar