Şəhidlərə ehsan üçün ayrılan ərzaq yardımlarını bu şəxslər mənimsəyib

11 İyun 2021 19:53    1512 Baxış   
Şəhidlərə ehsan üçün ayrılan ərzaq yardımlarını bu şəxslər mənimsəyib

"Şəhid olan hərbçilərin yas mərasimi və ehsanı üçün ərzaq, qida ayrılıbmış. Hər bir şəhidin xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən yas mərasimi keçirilən zaman ailəyə göndərilməliymiş. Kağız üzərində təhvilə qol çəkilsə də, dəfndən 8-9 ay müddət keçməsinə baxmayaraq, bir çox şəhid ailələrinə ehsan üçün ayrılan həmin yardımlar çatdırılmayıb".

Dominant.az xəbər verir ki, bunu Vətən müharibəsində şəhid olmuş mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu bildirib.

Onun dediyinə görə, bununla bağlı özü araşdırma aparıb: "Şəhid ailələriylə kiçik bir sorğu apardım.
Ümumiyyətlə şəhid ailələrinin əksəriyyəti belə bir yardımın verilməsindən xəbərsizdir. Ona görə də həmin yardımların mənimsənilməsinə şərait yaranıb".

"Əvvəllər Toğanada, indisə Kəlbəcərdə olan, fermer Xəqani Cəbrayılovun komandiri olduğu korpusun hərbi hissələrinin şəhidləri üçün ayrılan yardımlar isə "maşın çatışmazlığı" bəhanəsilə indiyədək göndərilməyibmiş. Hərbi hissənin komandiri Taleh Şamilovun başı bəzi maxe qızlarla əyləncəyə qarışdığından, zampalit Orxanın isə vaxtı olmadığından həmin hərbi hissənin də yardımları gecikdirilib. Ən geci martda çatdırılmalı olan yardımdan xəbər tutan körpə uşaqlı şəhid ailələrinə isə "gəlin hərbi hissədən özünüz aparın, çatdırmağa maşınımız yoxdur" deyilib".

P.S. İttiham edilən şəxslərin də mövqeyini yayımlamağa hazırıq.

Xanlar



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar