Sərhədlərin açılacağı ilə bağlı xəbərlərə rəsmi münasibət

07 İyun 2021 12:03    777 Baxış   
Sərhədlərin açılacağı ilə bağlı xəbərlərə  rəsmi münasibət

Dövlət Gömrük Komitəsi iyunun 15-dən etibarən ölkənin quru sərhədlərinin açılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Dominant.az -un məlumatına görə, komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib ki,sərhədlərin açılmasına dair qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir: "Hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur.

Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur”.

(azxeber.com)


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar