TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub

25 Sentyabr 2020 13:39    401 Baxış   
TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi olub.

TƏBİB-dən bildirilib ki, dəyişikliyə əsasən, qurumda mətbuat xidməti vəzifəsi ləğv olunub.

Bundan sonra mətbuatın sorğuları İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib.

Qurumda yeni yaradılan Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamentinin müdiri vəzifəsinə isə Aygün Əliyeva təyinat alıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar